“BakuBus” sürücüsünün səhlənkarlığı sərnişinlərin NARAZILIĞINA səbəb oldu

Bakıda H1 ekspres xətti üzrə avtobusun sürücüsü sükan arxasında smartfondan istifadə etməklə sərnişinlərin həyatını təhlükəyə atıb.

Bununla bağlı sərnişinlər Oxu.Az-a şikayət ünvanlayıblar.

Qeyd olunub ki, “BakuBus” MMC-yə məxsus olan və aeroporta sərnişin daşıyan “Airport express” xəttinin H1 nömrəli avtobusunda sürücü yolboyu “WhatsApp”da yazışıb.

“Bu isə sərnişinlərin həyatını riskə atmaq deməkdir”, – deyə şikayətdə bildirilib.

Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu ünvanladıq.

Şirkətin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, həmin sürücü hazırda xətdədir və o, şirkətə çağırılaraq məsələ araşdırılacaq. Bundan sonra əlavə məlumat veriləcək.

Əzizə İsmayılova



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More