Kifayət qədər yuxu almaq üçün gündə neçə saat yatmaq lazımdır?

Kifayət qədər yuxu almaq üçün gündə neçə saat yatmaq lazımdır?

Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı nevroloq Vladimir Martınov “RIA Novosti”yə müsahibəsində danışıb.

Mütəxəssis qeyd edib ki, böyük insanın kifayət qədər yuxu alması üçün yeddi-doqquz saat tələb olunur. İstisna hallarda insanlar altı saat ərzində kifayət qədər yuxu ala bilirlər.

“Bəzi insanlar altı saat ərzində zəruri qədər yatmağı bacarırlar ki, bu da istisna haldır”, – deyə V.Martınov bildirib.

Nevroloq xəbərdarlıq edib ki, xroniki yuxu çatışmazlığı diqqətin konsentrasiyası, həddindən artıq yorğunluq və immunitet sisteminin pisləşməsi ilə bağlı ciddi problemlərə gətirib çıxara bilər.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More