İqtisadiyyat naziri Mikayıl Cabbarov Vətən müharibəsi şəhidi ilə bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, o, paylaşımı özünün “X” hesabında edib.
Bildirilib ki, bu gün İqtisadiyyat Nazirliyinin əməkdaşı Asəf Nəsibovun anım günüdür.
“Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaətlə döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanımızın əziz xatirəsini ehtiramla yad edirik”, – deyə nazir qeyd edib.
Bu gün Vətən müharibəsində şəhid olmuş əməkdaşımız Asəf Nəsibovun anım günüdür. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaətlə döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanımızın əziz xatirəsini ehtiramla yad edirik.#ŞəhidlərÖlməzVətənBölünməz #QarabağAzərbaycandır pic.twitter.com/AWJrTOItUI
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 29, 2024