İngiltərə millisinin və İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Cud Bellinqem 2005-ci ildən bəri “Qızıl top” mükafatının namizədləri siyahısında üçlüyə düşən ilk ingiltərəli futbolçu olub.
Oxu.Az xəbər verir ki, bu, ötən gün Parisdə “Qızıl top” mükafatının təqdimetmə mərasimində reallaşıb.
Cud Bellinqem ilk üçlükdə Rodri və “Real Madrid”dəki komanda yoldaşı Vinisius Junior ilə birlikdə yer alıb. 2005-ci ildə ingiltərəli futbolçulardan Stiven Cerrard və Frenk Lempard ilk üçlüyə düşüblər.
Qeyd edək ki, bu il “Qızıl top”u İngiltərənin “Mançester Siti” klubunun və İspaniya millisinin yarımmüdafiəçisi Rodri qazanıb.