Bakıda məktəbdə uşaqlar bağlı qapı arxasında qalıb? – RƏSMİ AÇIQLAMA

Bakının Yeni Suraxanı qəsəbəsində yerləşən 89 saylı orta məktəbdə şagirdlərin bağlı qapı arxasında gec saatlara qədər içəridə qaldıqları iddia olunub.

Oxu.Az xəbər verir ki, iddiada axşam saatlarında, dərs başa çatdıqdan sonra müəllimlərin tələsik məktəbi tərk etmələri və uşaqların tamamilə qaranlıqda tək qalmaları əks olunur.

Məsələ ilə bağlı 89 nömrəli tam orta məktəbə sorğu ünvanladıq.

Məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təkzib olunub.

“Oktyabrın 28-də ikinci növbənin dərsləri saat 18:50-də başa çatıb və birinci giriş qapısı gözətçi tərəfindən saat 19:15-də bağlanıb. Məktəbdə birgə fəaliyyət çərçivəsində saat 19:00-21:00 aralığında voleybol məşğələsi keçirildiyinə görə həmin müddət ərzində digər giriş qapısı açıq saxlanılır.

Hər gün bütün şagirdlər evə yola salındıqdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi tərk edir”, – deyə açıqlamada bildirilir.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More