Eşqi Bağırov: “Bir həftə ərzində məktəblərin jurnallarla təmin olunması işləri yekunlaşacaq”

“Təxminən bir həftə ərzində jurnallarla təmin olunmayan məktəblərdə bu işlər yekunlaşacaq”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov qurumun birillik fəaliyyətinə dair “Hesabat Brifinqi”ndə Oxu.Az-ın sualına cavab olaraq qeyd edib.

O bildirib ki, regionlarda yerləşən məktəblərdə jurnal təchizatının yubanması barədə məlumatlıdırlar:

“Bu gün jurnallarla bağlı problem var. Təchizat məsələsində bir neçə istiqamətdə yubanmalar qeydə alınır. Lakin buna baxmayaraq, təminat və təchizat işlərinin aparılması davam etdirilir. Bu gün səhər bir neçə min jurnal Bakı məktəblərinə çatdırılıb. Jurnallarla təmin olunmayan məktəblər də təxminən bir həftə ərzində təchiz olunacaq və bu işlər yekunlaşacaq”.

Aygün Mirakif



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More