Amerikalı iş adamının varisləri qarajda toz basan avtomobillərdən milyonlarla dollar qazandılar

“RM Sotheby’s” hərrac evi avtomobillərin vəziyyətinə görə qeyri-rəsmi “Junkyard” (zibilxana) adını almış məşhur Rudi Klayn kolleksiyasının əsas lotlarının satışını başa çatdırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Auto.ru məlumat yayıb.

Qeyd olunur ki, kolleksiyada olan təkcə beş avtomobilin satışı R.Klaynın varislərinə 20 milyon dollar qazandırıb.

Amerikalı iş adamı Rudi Klayn köhnə model avtomobilləri, həmçinin nadir əşyaları toplamaq həvəsi ilə seçilib. Lakin bir qayda olaraq, satın alındıqdan dərhal sonra həmin avtomobillər unudulub, onlardan bəziləri isə qaraja düşdükdən sonra bir daha gün üzü görməyib.

R.Klayn 2001-ci ildə vəfat edib, lakin onun varisləri kolleksiyasını yalnız indi açıq hərraca çıxarıblar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More