“Əgər “Hizbullah”ın yeni baş katibi Nəim Qasım hərəkatın siyasətində dəyişiklik etməsə, vəzifəsində uzun müddət qala bilməyəcək”.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə İsrail Xarici İşlər Nazirliyi çıxış edib.
“Nəim Qasım bu postda ən az müddət keçirən “Hizbullah” lideri ola bilər. Bu təşkilatı (“Hizbullah”ı nəzərdə tutur – red.) hərbi qüvvə kimi ləğv etməkdən başqa yol yoxdur”, – deyə İsrail XİN-in açıqlamasında qeyd olunub.
Qeyd edək ki, Nəim Qasım bu gün “Hizbullah”ın yeni baş katibi seçilib.