İsraildən İrana cavab zərbəsi XƏBƏRDARLIĞI

“İsrail Ordusu İrandan yeni bir hücum olacağı təqdirdə, əvvəllər istifadə etmədiyi imkanlardan istifadə edərək, hələ hücum etmədiyi hədəflərə cavab zərbələri endirəcək”.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.

“Əgər İran səhv edib İsrailə növbəti raket hücumu etsə, biz yenidən İrana necə çatacağımızı biləcək və keçən dəfə istifadə etmədiyimiz imkanlardan istifadə edərək həm onların imkanlarına, həm də bizim əvvəl dəymədiyimiz hədəflərə çox güclü zərbə vuracağıq”, – İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Ramon Hərbi Hava Qüvvələri bazasına səfəri zamanı deyib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More