Qızıl füçersinin qiyməti tarixi maksimumunu yenilədi

“Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) qızıl füçersinin 2024-cü ilin dekabrında çatdırılma üzrə qiyməti tarixi maksimumunu yeniləyib.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ticarət platformasından məlumat verilib.

Məlumata görə, qızıl füçersinin bir Troya unsiyası üçün 2 800 dollardan yuxarı sövdələşmə əldə edilib.

Bakı vaxtı ilə saat 10:39-a olan məlumata görə, qiymətli metalın dəyəri bir Troya unsiyası üçün 2 800,4 dollar (0,69%-dən çox) təşkil edib. Bakı vaxtı ilə saat 10:42-də isə qızılın qiyməti bir unsiya üçün 2 800,1 dollara (+0,68%) enib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More