Ukraynaya raket hücumu: Baş Qərargahın binasına ziyan dəyib

Rusiya tərəfindən atılan PUA nəticəsində Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının binalarından birinə ziyan dəyib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Ali Radasının keçmiş deputatı İqor Mosiyçuk öz “Telegram” kanalında məlumat verib.

“Gecə vurulan düşmən PUA-sının dağıntıları Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binalarından birinə düşüb”, – deyə o bildirib.

Mosiyçukun fikrincə, zərbənin əsas hədəfi Rusiya Federasiyasında axtarışa verilən Ukrayna Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı İqor Voronçenko olub.

Qeyd edək ki, oktyabrın 30-da Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətində Ukrayna mövqelərinə “FAB-500” bombalarından istifadə etməklə kütləvi zərbə endirib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More