Emin Axundovu ölümlə hədələyənə cəza verildi

“AzərMaş” ASC-nin İdarə Həyətinin sədri Emin Axundovu və yaxınlarını ölümlə hədələyərək 100 min manat tələb etməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Əhməd Əhmədov hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Əhmədov məhkəmədə özünü təqsirli bilməyib. Emin Axundovun ailəsini çoxdan tanıdığını, qardaşı Eldarın ona borcu olduğunu deyib. O, Eldara ev tikib verməklə yanaşı, həyətindəki itini yemlədiyini də qeyd edib.

“AzərMaş”ın sədri özü də məhkəmədə ifadə verib. O, Əhmədin ağır formada cəzalandırılmasını istəyib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More