Dünya çempionatında qızıl medal alan Azərbaycan güləşçiləri Vətənə qayıdıblar

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən dünya çempionatında birinci yeri tutan Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Vətənə dönüb.

Oxu.Az xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, Eldəniz Əzizli (55 kiloqram), Nihat Məmmədli (63 kiloqram) və Ülvü Qənizadə (72 kiloqram) turniri qızıl medalla başa vurublar.

Daha çox foto buada: PhotoStock.az

Anar Həsənov



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More