Millinin baş məşqçisi: “Olimpiya Oyunlarındakı uğursuzluğa görə Azərbaycan xalqından üzr istəyirəm”

“İlk növbədə, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarova minnətdarlığımı bildirmək istəyirəm. O, bütün qəlbi ilə bizimlədir, idmançılar və məşqçilərlədir, bütün çıxışlarımızı izləyir”.

Oxu.Az xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə milli komandamızın baş məşqçisi Aleksandr Tarakanov jurnalistlərə bildirib.

O, həmçinin Azərbaycan Güləş Federasiyasına göstərilən diqqətə görə təşəkkür edib və Parisdə keçirilən Olimpiadadakı uğursuz çıxışa görə üzr istəyib.

“Biz hamımız birlikdə çalışırıq və bugünkü uğurlu nəticə bizim birgə fəaliyyətimizin bəhrəsidir. Olimpiya Oyunlarındakı uğursuz çıxışımıza görə isə Azərbaycan xalqından və azarkeşlərdən üzr istəyirəm. Cəmi bir medal qazana bildik, amma daha çoxuna ümid edirdik. O zaman zədələr bizə ciddi şəkildə mane olurdu. Bundan sonra Olimpiya çəki dərəcələrinə xüsusi diqqət yetirəcəyik. Bizim layiqli idmançılarımız var və dünya səviyyəsində ciddi rəqabət yarada bilərik. Düşünürəm ki, Los-Ancelesdəki Olimpiadada azarkeşlərimizi sevindirə biləcəyik” ,- mütəxəssis qeyd edib.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında çıxış edən Azərbaycan yunan-Roma güləşçiləri Vətənə dönüblər. Yarışda 72 kq çəki dərəcəsində mübarizə aparan Ülvü Qənizadə, 63 kq çəki dərəcəsində Nihat Məmmədli və 55 kq çəki dərəcəsində Eldəniz Əzizli qızıl medal qazanıblar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More