Birinci Qarabağ müharibəsində itkin düşən şəhidi axtararkən ailə üzvləri minaya düşübmüş – DETALLAR

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha yeddi şəhid dəfn ediləcək.

“Qafqazinfo”nun məlumatına görə, onlardan biri də Şahid Sabir oğlu Məmmədovdur.

1993-cü ildən itkin düşmüş sayılan Şahid Məmmədovlar ailəsinin ilk itkisi deyil.

Belə ki, həmin ildə oğlunun itkin düşməsi xəbərini alan Şahidin atası Sabir Məmmədov qardaşı və iki qohumu ilə birlikdə Ağdərəyə onu axtarmağa yollanmışdılar. Lakin 1993-cü ilin aprelində onların olduğu avtomobil Ağdərə ərazisində minaya düşüb. Nəticədə maşında olan dörd nəfər həyatını itirmişdi.

Mərhumlar Şəkinin Orta Zəyzid kəndində dəfn ediliblər. Şahid Məmmədov isə 31 il sonra, noyabrın 1-də, Şəki rayonunun Orta Zəyzid kənd qəbiristanlığında torpağa tapşırılacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More