İngiltərə Liqa Kuboku: “Liverpul”, “Mançester Yunayted”, “Arsenal” 1/4-də, “Çelsi”dən erkən vida

İngiltərə Liqa Kubokunda dördüncü mərhələnin (1/8 final) oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, səfərdə “Brayton”la qarşılaşan “Liverpul” qol duelindən qalib ayrılaraq adını 1/4 finala yazdırmağı bacarıb – 2:3.

Qakponun dublu bu işdə komandasına kömək edib.

“Mançester Yunayted” doğma azarkeşləri qarşısında “Lester”i darmadağın edib. “Old Trafford”dakı matçda tamaşaçılar 7 qolun şahidi olublar – 5:2.

Kazemiro və Fernandeş dubla imza atıblar.

“Arsenal” aşağı liqa təmsilçisi “Preston”un qonağı olub. “Topçular” gözlənildiyi kimi oyunda çətinlik çəkmədən qalib gəliblər – 0:3.

“Çelsi” səfərdə “Nyukasl” qarşısında aciz qalıb. “Zadəganlar” iki top buraxaraq turnirlə vidalaşıblar – 2:0.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More