Meksikanın Tlakskala ştatında polad zavodunda baş verən partlayış nəticəsində azı 12 nəfər həlak olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə regional Mülki Müdafiə İdarəsi məlumat yayıb.
“Mülki Müdafiə İdarəsi bildirir ki, bu gün səhər saatlarında Xalostokda, Mexiko-Verakrus federal magistral yolunun 123-cü kilometrliyində yerləşən SIMEC obyektində partlayış baş verib. İlkin məlumatlara görə, bu, tökmə qülləsinin uçmasına səbəb olub. Hazırda 12 nəfərin öldüyü, bir nəfərin isə xəsarət aldığı bildirilir” , – idarənin açıqlamasında qeyd olunub.
Yanğınsöndürənlər hadisə yerindədirlər.
“Prokurorluq hadisəyə görə məsuliyyət daşıyanların müəyyənləşdirilməsi üçün araşdırmaya başlayıb” ,- ştatın qubernatoru Lorena Kuelyar “X” sosial şəbəkəsində yazıb.