107 yaşlı buynuzlu qadın görənləri təəccübləndirdi

Alnında 10 santimetrlik buynuzu olan 107 yaşlı Çen adlı çinli qadın “TikTok”un ulduzuna çevrilib.

Oxu.Az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

İstifadəçilər hesab edirlər ki, bu “uzunömürlülük buynuzu” Çenin qocalmamasının əsas sirridir.

Lakin Çen kəllə sümüyündən çıxan buynuza malik yeganə qadın deyil. Məsələn, 74 yaşlı Hindistan sakini Şyam Lal Yadavın da kəlləsinin yuxarı hissəsindən 10 santimetrlik buynuz çıxıb. Lakin 2019-cu ildə cərrahlar həmin törəməni çıxarmaq qərarına gəliblər.

107 yaşlı çinli qadının isə buynuzunu kəsdirmək fikri yoxdur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More