Pentaqon: “Gənc amerikalıların təxminən 77%-i hərbi xidmət üçün yararsızdır”

Gənc amerikalıların təxminən 77%-i heç bir məhdudiyyət olmadan hərbi xidmətə yararsızdır.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Müdafiə Nazirliyinin hərbi xidmətə qəbul siyasəti üzrə direktoru Keti Helland bildirib.

“Bizdə olan məlumatlara görə, 17-24 yaş arası gənclərin təxminən 77%-i heç bir məhdudiyyət olmadan hərbi xidmətə yararsızdır”, – o qeyd edib.

Helland əlavə edib ki, amerikalı gənclərin əksəriyyətinin hərbi xidmətə marağı yoxdur.

“Bir çox gənclərin hərbi xidmətə marağı yoxdur və hərbçi həyatının necə olduğu barədə yanlış təsəvvürləri var. Bundan əlavə, bu göstəricilərin müəyyən edildiyi dövr ərzində ilk dəfədir ki, gənclərin əksəriyyəti hərbi xidməti öz gələcəkləri üçün bir seçim kimi belə düşünmürlər”, – o bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More