Səudiyyə Ərəbistanında 4400 illik qədim şəhər aşkar edildi

Fransız arxeoloqlardan ibarət qrup Səudiyyə Ərəbistanının qərbindəki Xeybər oazisində 4400 illik ən-Natah adlı kiçik bir şəhər aşkar edib.

Bu barədə Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir.

Tədqiqatın nəticələri “PLOS One” elmi jurnalında dərc olunub.

Məlumata görə, alimlər mərkəzi rayonu və qoruyucu qalalarla əhatə olunmuş yaşayış massivini qazıb çıxarıblar. Yaşayış sahəsində çox sayda keramika və daş, həmçinin gildən hazırlandığı ehtimal olunan ən azı 50 yaşayış evinin qalıqları tapılıb.

Ən-Natahın mərkəzində iki bina var ki, inzibati tikili kimi istifadə edilmiş ola bilər. Bu yerin qərbində nekropol aşkar edilib. Pilləli qüllələrə bənzəyən hündür dairəvi qəbirlər qorunub saxlanılıb.

Xeybər oazisindəki şəhər eramızdan əvvəl 1500-1300-cü illər arasında naməlum səbəbdən tərk edilib.

Alimlərin sözlərinə görə, tapıntı onu göstərir ki, Ərəbistan yarımadasında urbanizasiya yavaş templə gedib. Həmin dövrdə Mesopotamiyada, Misirdə və Şərqi Aralıq dənizində daha böyük şəhərlər inkişaf edirdi, ən-Natahın əhalisi isə 500 nəfərdən çox olmayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More