Dünya çempionatı: Üç sərbəst güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq

Azərbaycanın üç sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında bu gün bürünc medal qazana bilər.

Oxu.Az xəbər verir ki, hər üç təmsilçimiz təsəlliverici görüşə çıxacaq.

Nürəddin Novruzov (61 kq) ilk görüşündə Cud Hammerlə (Kosta-Rika) üz-üzə gələcək. Orxan Abasov (79 kq) birinci duelində Suldhu Olonbayarın (Monqolustan) müqavimətini qırmağa çalışacaq. Abubakr Abakarov (92 kq) isə Devid Teylorla (ABŞ) qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Yığma komanda hesabında birinci yeri tutub. Qadınlar isə turniri mükafatsız başa vurublar. Dünya çempionatına bu gün yekun vurulacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More