ABŞ-də prezident seçkisi ərəfəsində İlon Mask məhkəməyə çağırıldı

ABŞ-li milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask oktyabrın 31-də Filadelfiyada məhkəmə iclasında iştirak etməlidir.

Oxu.Az-ın “The Guardian”a istinadən verdiyi məlumata görə, yerli prokurorluq biznesmeni noyabrın 5-də keçiriləcək prezident seçkisi ərəfəsində pulun qanunsuz paylanmasında ittiham edib.

Prokurorluq Donald Trampın namizədliyini dəstəkləmək üçün Mask tərəfindən oktyabrın 28-də təşkil edilmiş pul oyununu qanunsuz lotereya hesab edərək iddia qaldırıb.

Hakim bütün tərəflərin dinləmədə iştirakının məcburi olmasına qərar verib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More