Aldadılan müştərilər nə etməlidirlər? Restoran sahiblərini gözləyən CƏZA

“Müştərilər getdikləri restoranda menyudan ağız dadına uyğun, şəkildə göstərilən bir neçə növ təamın toplandığı set sifariş edirlər. Lakin bəzən menyuda təklif olunanla təqdim edilən arasında böyük fərq olur”.

Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

“Ya porsiya az olur, ya da menyuda göstərilən dəsgaha daxil edilmir. Restorana gedib dəsgah sifariş vermişəm, yerinə başqa şey gətiriblər”, – deyə sakinlər bəzi restoranların xidmətindən narazılıq bildiriblər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, bu hal istehlakçıların hüquqlarının pozulmasıdır:

“Bu kimi məsələlərə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət edir. Müştəri belə hallarla qarşılaşdıqda fakt üçün foto çəkməli, kassa çekini saxlamalı və sözügedən quruma müraciət etməlidir ki, ona dəymiş zərər ödənilsin”.

Daha ətraflı videomaterialda:

Aldadılan müştərilər nə etməlidirlər? Restoran sahiblərini gözləyən CƏZA


Aldadılan müştərilər nə etməlidirlər? Restoran sahiblərini gözləyən CƏZA




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More