İsrail və Livanın “Hizbullah” hərəkatı arasında aparılan atəşkəsə dair danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib.
Oxu.Az xəbər verir ki, “Axios” agentliyi bu barədə ABŞ-li rəsmilərə istinadən xəbər verib.
“Biz hələ də danışıqlar aparırıq, lakin son 24 saat ərzində irəliləyiş əldə olunub, bu o deməkdir ki, Prezident Co Bayden öz xüsusi elçisi Emos Xokstini İsrailə təsadüfən göndərməyib”, – deyə Birləşmiş Ştatlar rəsmisi vurğulayıb.