ABŞ-li milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask dünyada doğum səviyyəsinin azalmasından ciddi narahatdır.
Oxu.Az bu barədə “New York Times”a istinadən məlumat yayıb.
Məlumata görə, Mask təkcə süni mayalanmanı dəstəkləmir, həm də demoqrafik böhranın həlli üçün özü sperma donoru olmağa hazırdır.
Keçən il təşkil edilən ziyafətdə İlon Mask, hətta yalnız bir neçə dəfə görüşdüyü evli cütlüyə öz spermasını təklif edib. Milyarder bəşəriyyətin inkişafı üçün dünya əhalisinin artımının zəruri olduğuna qəti əmindir.
Mask özü çoxuşaqlı ata nümunəsi göstərir. Onun üç qadından artıq 11 uşağı var. Milyarder öz böyük ailəsi üçün Texasda üç malikanədən ibarət kompleks tikir və burada bütün uşaqlarını anaları ilə birlikdə yerləşdirməyi planlaşdırır.
Daha əvvəl İlon Mask aşağı doğum səviyyəsi fonunda Avropa İttifaqında demoqrafik böhranın qaçılmaz olduğunu bəyan edib.