Növbəti “Qızıl top” mükafatını qazanmağa favorit olan futbolçuların siyahısı açıqlanıb

Dünyaca məşhur “Goal” nəşri 2025-ci ildə “Qızıl top” mükafatını qazanmaq şansı ən yüksək olan futbolçuların siyahısını təqdim edib.

Oxu.Az xəbər verir ki, siyahıda ilk yerdə “Barselona”nın polşalı hücumçusu Robert Levandovski qərarlaşıb.

İkinci pillənin sahibi də “Barselona” klubunun futbolçusu olub. Belə ki, “Kataloniyalılar”ın ispan ulduzu Lamin Yamal olub. Üçüncü yerdə isə “Real Madrid”in oyunçusu Vinisius Junior qərarlaşıb.

Qeyd edək ki, builki “Qızıl top” mükafatı “Mançester Siti”nin futbolçusu Rodriyə verilib. “Real Madrid”in hücumçusu Vinisius Junior isə ikinci olub.

1. Robert Levandovski (“Barselona”);

2. Lamin Yamal (“Barselona”);

3. Vinisius Junior (“Real Madrid”);

4. Erlinq Holand (“Mançester Siti”);

5. Rafinya (“Barselona”);

6. Harri Keyn (“Bavariya Münhen “);

7. Məhəmməd Salah (“Liverpul”);

8. Kilian Mbappe (“Real Madrid”);

9. Pedri (“Barselona”);

10. Bukayo Saka (“Arsenal”);

11. Florian Virtz (“Bayer Leverkuzen”);

12. Koul Palmer (“Çelsi”);

13. Kristian Pulişiç (“Milan”);

14. Mixael Olise (“Bavariya Münhen “);

15. Camal Musiala (“Bavariya Münhen “).



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More