“Hizbullah” hərəkatı Hayfadan şimalda yerləşən İsrailin Krayot şəhər aqlomerasiyasına raket zərbəsi endirdiyini elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Livanın “LBC” teleradio kanalı məlumat verib.
Hərəkatın bəyanatında bildirilir ki, “İslam Müqaviməti”nin döyüşçüləri cümə axşamı Hayfadan şimalda yerləşən Krayot şəhərini raketlərlə vurublar.
Bundan əlavə, qeyd olunur ki, “Hizbullah” İsrail-Livan sərhədinin yaxınlığındakı Zarit yaşayış məntəqəsində yerləşən İsrail kazarmalarını da atəşə tutub. Hərəkatın digər bəyanatına istinadən bildirilir ki, “Hizbullah” İsraildəki Avivim yaşayış məntəqəsindəki qoşunlara zərbə endirib və İsrail ərazisindən buraxılan “Elbit Hermes 450” pilotsuz uçuş aparatını ələ keçirib.
Öz növbəsində “The Times of Israel” xəbər verir ki, Krayota edilən hücum nəticəsində iki nəfər həlak olub.