Türkiyə və Rusiya gələn il beynəlxalq qaz mərkəzi yaradacaq

2025-ci ildə İstanbulda beynəlxalq qaz mərkəzi layihəsi çərçivəsində qaz ticarəti mərkəzi yaradılacaq. Layihə Türkiyənin “Botaş” şirkəti və Rusiyanın qaz nəhəngi “Qazprom”la tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək.

Oxu.Az “Milliyet”ə istinadən bildirir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.

“2025-ci il ərzində İstanbul Maliyyə Mərkəzində ticarət platformasını idarə edəcək güclü infrastruktur yaradacağıq. Tərəflərə anlaşma memorandumu göndərmişik”, – deyə Bayraktar vurğulayıb. O, həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana “Qazprom”a müvafiq göstərişlər verməyə hazır olduğunu təsdiqləyib.

Yeni qaz mərkəzinin əsas xüsusiyyəti qaz qiymətini müəyyən edəcək İstanbul qaz indeksi olacaq. “İndi Rusiya öz qazını satanda deyəcək: “Mən bu qazı İstanbul qaz indeksi formulu ilə satıram”, – deyə türkiyəli nazir izah edib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More