İsrail Beyrutun cənubuna hücum: “Hizbullah” hədəflərinə güclü zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları və pilotsuz təyyarələri Beyrutun cənub kənarlarında “Hizbullah” təşkilatının ehtimal olunan hədəflərinə bir sıra zərbələr endirib.

Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.

Yerli mülki müdafiə xidmətindəki mənbənin verdiyi məlumata görə, Beyrutun cənub hissəsində ən azı 10 güclü partlayış baş verib.

“Hava hücumu Qubeyri və Haret-Horeyk məhəllələrinə, həmçinin beynəlxalq hava limanına gedən şosedəki Burc əl-Barajna qaçqın düşərgəsinə hava reydləri ilə başlayıb. Daha sonra Kafaat və El-Mreyci rayonlarındakı binalara zərbələr endirilib”, – deyə o bildirib.

İsrail təyyarələri Beyrut səmasını tərk etmirlər və şəhərin üzərində alçaq hündürlükdə uçurlar, daim şəhər üzərində patrulluq edən bir neçə pilotsuz təyyarənin mühərriklərinin səsi eşidilir.

Qeyd edək ki, daha əvvəl İsrail ordusunun nümayəndəsi “X” hesabında cənub bölgələrindən təxliyə olunmayan yerli əhalini hava hücumlarına məruz qalacaq ərazilərin yaxınlığındakı evlərini tərk etməyə çağırıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More