Arvadını bıçaqlayan 60 yaşlı qısqanc kişiyə hökm oxundu

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Bayram Fərəcovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.

İttihama görə, hadisə 20 aprel 2024-cü il tarixdə, saat 11 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Bayram Fərəcov ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı, zərərçəkmiş Nigar Fərəcovanı (şərti) başqa şəxslərlə ünsiyyətdə olmasında günahlandırıb. Bu səbəbdən onların arasında qısqanclıq zəminində mübahisə yaranıb. Sonra Bayram Fərəcov mətbəx bıçağını götürüb qadının bel və ayaq nahiyələrinə qəsdən zərbələr vuraraq ona xəsarətlər yetirib.

Hadisədən sonra Nigar Fərəcova Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verib və Bayram Fərəcov saxlanılıb.

Nigar Fərəcova məhkəmə bildirib ki, hazırda təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayət və tələbi yoxdur və ərinin barəsində cinayət təqibinə xitam verilməsini xahiş edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More