Özündən 33 yaş kiçik sevgilisini öldürən müəllimlə bağlı qərar çıxarıldı

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunda 30 yaşlı qızı qətlə yetirməkdə təqsirli bilinən Eynulla Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2023-cü il dekabr ayının 12-də Fatmayı kəndində baş verib.

Baş Prokurorluğun məlumatına görə, istintaqla 1961-ci il təvəllüdlü Eynulla Quliyevin rayonun Fatmayı kəndi ərazisində tanışı Arzu Rəhimova ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun başını daş parçasına vurduqdan sonra əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Eynulla Quliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, E.Quliyev Şamaxı şəhərindəki kolleclərin birində müəllim işləyib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More