Son on ayda Azərbaycan sərhədindən keçənlərin sayı açıqlanıb

2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət sərhədindən hərəkət edən şəxslərin sayı 7 milyon 917 min 396 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22% çoxdur.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarət Komandanlığına təşkil olunan mediaturda komandanlığın rəisi general-leytenant Elşən Verdiyev deyib.

O bildirib ki, 2024-cü ilin 10 ayı ərzində dövlət sərhədindən hərəkət edən nəqliyyat vasitələrinin sayı 1 milyon 372 min 888 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% artım deməkdir:

“Artım dinamikası əvvəlki illərlə müqayisədə həm şəxslərin sayında, həm də nəqliyyat vasitələrinin sayında müşahidə edilir”.

Aygün Mirakif



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More