“Liverpul” klubu 75 azarkeşini oyunlardan ömürlük uzaqlaşdırıb

“Liverpul” klubu “Enfild”də bilet satışına görə 75 azarkeşin oyunlardan ömürlük kənarlaşdırıldığını açıqlayıb.

Oxu.Az xəbər verir ki, klub rəsmiləri 100 mindən çox saxta hesabı blokladığını, 5 mindən çox hesabın isə hələ də yoxlanıldığını bildiriblər.

“Liverpul” klubu azarkeşləri biletlərini qeyri-rəsmi mənbələrdən almamağa səsləyib. Əks halda isə stadiona girişlərinin ömürlük qadağan ediləcəyini bildirib.

Qeyd edək ki, “Liverpul” – “Brayton” görüşü üçün satılan 1500 bilet ləğv olunub.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More