“Mançester Yunayted” klubu “Sportinq”in çalışdırıcısı Ruben Amorimin keçidini rəsmi olaraq açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi “X” sosial şəbəkə hesabından paylaşım edilib.
39 yaşlı portuqaliyalı mütəxəssis bu postda Erik ten Haqı əvəzləyib.
Amorim noyabrın 11-də işə başlayacaq. O, “qırmızı şeytanlar”a qoşulanadək kollektivə Rud van Nistelroy rəhbərlik edəcək.
Qeyd edək ki, Ruben Amorim son olaraq ölkəsində “Sportinq”də işləyib.