Serbiyada qatar stansiyasında beton örtük insanların üzərinə uçub: Ağır yaralılar var

Serbiyanın Novi Sad şəhərində dəmiryol stansiyalarından birində beton örtük insanların üzərinə uçub.

Oxu.Az xəbər verir ki, bu barədə “Radio-Televiziya Voivodine” məlumat yayıb.

Çardaq vağzal binasının giriş qapısının üstünə çöküb. Daha əvvəl mətbuatda onun yenidən qurulmasının nəzərdə tutulduğu barədə məlumatlar yayılsa da, yenidənqurma işləri baş tutmayıb. Təmirin Novi Sad – Subotitsa yüksəksürətli xəttinin tikintisi çərçivəsində aparılması planlaşdırılırdı.

Artıq sahəni təmizləmək üçün hadisə yerində ekskavatorlar işləyir. Hadisə yerinə şəhər meri Milan Curiç və Serbiyanın daxili işlər naziri İvitsa Daçiç gəliblər.

Yaralılar və ağır yaralılar Təcili Tibbi Yardım Mərkəzinə aparılır. Qeyd olunur ki, orada bir neçə dəqiqədən bir qurbanların sayı daim artmaqda davam edir. Hazırda beton blokların hamısı çıxarılmadığı üçün yaralıların dəqiq sayı məlum deyil.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More