“Turan Tovuz”un baş məşqçisi: “Meydanda ən yaxşı oyunçu “Qarabağ”ın qapıçısı idi”

“Düşünürəm ki, meydanda ən yaxşı oyunçu “Qarabağ”ın qapıçısı idi”.

“Report” xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev “Qarabağ”a qarşı Misli Premyer Liqasının XII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis güclü rəqibə qarşı mübarizə apardıqlarını bildirib:

“Stadionda bizi dəstəkləyən azarkeşlər maraqlı qarşılaşma izlədilər. Ümumi götürsək, oyundan razı qaldım. Bəzi məqamlarda futbolçularımız səhvə yol verdilər. Düşünürəm ki, meydanda ən yaxşı oyunçu “Qarabağ”ın qapıçısı idi”.

Qeyd edək ki, XII turun görüşündə “Turan Tovuz” doğma meydanda “Qarabağ”la qolsuz heç-heçəyə razılaşıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More