FHN-dən uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı məlumatlar daxil olur. Məlumatlar əsasında FHN-in xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir.

“Yalnız son bir ay ərzində nazirliyin xilasediciləri tərəfindən həyata keçirilmiş operativ əməliyyatlar sayəsində 56 uşaq xilas edilib.

Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir.

Mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə uşaqların liftdə, həyətdə, küçədə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır”, – deyə məlumatda qeyd edilib.

FHN-dən uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə MÜRACİƏT


FHN-dən uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə MÜRACİƏT




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More