Xərçəngdən əziyyət çəkən 16 yaşlı qızın anası: “Pınarsız həyatı təsəvvür edə bilmirəm”

16 yaşlı Pınarın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Ramilə Həsənova məlumat verib.

O bildirib ki, övladı xərçəng xəstəliyindən əziyyət çəkir:

“Hər şey Pınarın idman dərsi zamanı yıxılaraq ayağını zədələməsi ilə başladı. Həkim bizi əmin etdi ki, heç nə yoxdur. Biz yay tətilinə qədər gözlədik və sonra qızımızı Bakıya apardıq. Onlar maqnit rezonans tomoqrafiyası (MRT) etdilər, ardınca biopsiyanı təhlil etdilər. Nəticədə qorxulu diaqnoz qoyuldu – sarkoma. Biz Pınarın müalicələrinə başladıq, o, bir neçə dəfə əməliyyat keçirdi”.

Ramilə Həsənova hazırda Türkiyədə olduqlarını bildirib:

“Pınarın xəstəliyini bildiyimizdən bəri yeddi dəfə Türkiyədə müalicə almışıq. Hazırda iki aydır yenidən buradayıq. Biz buradan çıxıb Bakıda əməliyyat olunmalıyıq. Amma xəstəxanaya 2 000 dollar borcumuz olduğu üçün çıxmağa icazə vermirlər. İnanın, bu dörd ildə Pınar üçün hər şeyimizdən keçmişik. Dəyərli əşyalarımızı, evimizi satmışıq. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm. Pınar çox gəncdir, onun gələcəyi hələ qabaqdadır, mən onsuz bir həyat təsəvvür edə bilmirəm”.

Ailə ilə əlaqə: (055) 613-48-76.

Kapital Bank: 4169 7388 7603 0002.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More