“Formula-1” üzrə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris dünya çempionatının 21-ci mərhələsində – Braziliya Qran-prisində sprint yarışının qalibi olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, yarış San-Pauluda keçirilir.
İkinci yeri digər “McLaren” pilotu avstraliyalı Oskar Piastri tutub. İlk üçlüyü “Red Bull”da çıxış edən niderlandlı Maks Ferstappen tamamlayıb.
Sprint yarışının qalibi dünya çempionatının ümumi sıralamasında səkkiz xal alır. Ümumilikdə ilk səkkiz sürücü xal qazanır.
Hazırda Ferstappen 368 xalla pilotların sıralamasına başçılıq edir. İlk üçlükdə Norris (323) və “Ferrari” komandasının pilotu Şarl Lekler (296) yer alıb. Konstruktorlar çempionatında “McLaren” (581) birinci yerdədir, “Ferrari” (546) və “Red Bull” (519) isə ilk üçlükdədir.
Qeyd edək ki, təsnifat yarışı şənbə günü axşam saatlarında keçiriləcək. Mərhələ bazar günü əsas yarışla (Bakı vaxtı ilə 21:00) başa çatacaq.