Fransa Liqa 1-də lider PSJ növbəti oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, 10-cu tur matçında paytaxt komandası “Lans”la qarşılaşıb.
Oyunun taleyini bir qol həll edib. Dembelenin 4-cü dəqiqədəki dəqiq zərbəsi parislilərə üç xalı gətirib – 1:0.
Qonaqlar 59-cu dəqiqədən azlıqda oynasalar da, bu yekun nəticəyə təsir etməyib.
Minimal hesablı qələbədən sonra PSJ 26 xalla turnir cədvəlinə başçılıq edir. “Lans” isə 14 xalla 7-ci pillədə qərarlaşıb.