Uşağın mədəsindən yüzdən çox maqnit kürə çıxdı

Vladivostokdakı (Rusiya) 1 saylı Regional Uşaq Xəstəxanasının əməkdaşları üç yaşlı uşağın mədəsindən bir-birinə yapışan 101 maqnit kürə çıxarıblar.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a regional Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Yardım 1 saylı Regional Uşaq Xəstəxanası tərəfindən göstərilib. Uşaq tam qaydasındadır. Cərrahi müdaxilə olmasaydı, kürələr mədə boyunca sərbəst hərəkət edə və yolları tıxaya bilərdi”, – məlumatda bildirilib.

Qeyd olunub ki, maqnitləri bir neçə mərhələdə çıxarmaq lazım gəlib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More