Şahin Diniyev istefa verdi

“Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”ə 0:1 hesabı ilə uduzduqları oyun barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Tovuzdakı matçı belə dəyərləndirib:

“Oyun haqda çox danışmağa söz yoxdur. Rəhbərliklə görüşdüm, istefa qərarımı verdim. Qərarımı dəyişmək niyyətində deyiləm. Komandaya yeni nəfəs lazımdır. Perspektiv görmürəmsə, qalmağın da bir mənası yoxdur”, – Ş.Diniyev vurğulayıb.

Qeyd edək ki, “Səbail” Premyer Liqada 12 turdan sonra 7 xalla 9-cu sırada qərarlaşıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More