İspaniya La Liqasınən 12-ci turu çərçivəsində “Barselona” və “Espanyol” komandalarının qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, derbidə “Barselona”nın 3:1 üstün olub.
12-ci dəqiqədə “Barselona”nın yarımmüdafiəçisi Dani Olmo hesabı açıb. Rafinya 23-cü dəqiqədə fərqi artırıb. Daha sonra Dani Olmo oyunda dublu rəsmiləşdirib. Qonaqların heyətində yeganə qolu Xavyer Puado vurub. “Espanyol”un iki qolu VAR tərəfindən rədd edilib.
12 matçdan sonra “Barselona” 33 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir, “Espanyol” isə 10 xalla 17-ci yerdədir.