Yaponiyada beş gün əvvəl işə salınan AES bağlandı

Yaponiyanın “Tohoku Electric Power” şirkəti oktyabrın 29-da Miyagi prefekturasında işə salınan “Onaqava” atom elektrik stansiyasının ikinci enerji blokunu bağlamaq qərarına gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Noyabrın 3-də stansiyada elektrik enerjisinin istehsalına başlanılması nəzərdə tutulsa da, avadanlıqlarda problem yarandığından prosesə start verilməyib. Nəticədə zavodun operatoru reaktoru bağlamaq qərarına gəlib.

Qeyd edək ki, “Onaqava”nın ikinci reaktoru, Yaponiyada işlək vəziyyətdə 13-cü AES reaktoru olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More