Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi İngiltərə çempionatları tarixinin ən uzun məğlubiyyətsiz seriyaları siyahısında ən azı 30 oyun uduzmayan komandalar yer alıblar.
Oxu.Az xəbər verir ki, yenilməzliyi həftəsonu “Bornmut”a 1:2 hesablı məğlubiyyətlə başa çatan “Mançester Siti” 32 matçlıq seriya ilə altıncı yerdə qərarlaşıb.
Pep Qvardiolanın komandası “Arsenal”ın rekordundan 17 oyun geri qalıb.
1. “Arsenal” – 49;
2. “Liverpul” – 44;
3. “Nottingem Forest” – 42;
4. “Çelsi” – 40;
5. “Lids Yunayted” – 34;
6. “Mançester Siti” – 32;
7. “Liverpul” – 31;
8. “Börnli” – 30;
9. “Lids Yunayted” – 30;
10. “Arsenaı” – 30;
11. “Mançester Siti” – 30.