Toydan sərxoş çıxan gənc həmkəndlisini arvadının gözü qarşısında öldürdü – AĞIR CƏZA

Samuxda tanışını öldürməkdə təqsirləndirilən Eltac Çələbiyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 5-nə təyin edilib.

Şikayət hakim Müşfiq Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eltac Çələbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Eltac Xuday oğlu Çələbiyev Samux rayonu Burunqovaq kəndi ərazisində şəxsi münasibətlər zəminində 1986-cı il təvəllüdlü Muraz Rəhim oğlu İbrahimovu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, Eltac Çələbiyev hadisə günü kənddə iştirak etdiyi toy məclisində spirtli içki qəbul edib. O, mağarın qarşısında dayanarkən həmin vaxt həmkəndlisi Muraz İbrahimovun arvadı ilə birlikdə toy məclisindən çıxıb getdiklərini görüb. Sonra təqsirləndirilən şəxs onların arxasınca gedib mağardan 60 metr məsafədə küçədə üzərində gəzdirdiyi bıçaqla onu hədələyib nalayiq söyüşlər söyüb. Nəticədə Eltac onu arvadının gözü qarşısında bıçaqlayaraq öldürüb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More