Azərbaycanda da görünən xəstəlik daha bir qonşu ölkədə uşaqlar arasında sürətlə yayılır

Rusiyanın uşaq bağçaları və məktəblərində Koksaki virusuna yoluxma halları aşkar edilib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Shot” “Telegram” kanalı xəbər verib.

Bildirilib ki, ölkənin müxtəlif regionlarında məktəb və uşaq bağçalarında xəstəliyin simptomları haqqında kütləvi məlumatlar verilməyə başlayıb.

“Uşaqlarda əl və ayaqlarda suluqlar və səpgilər, hərarət, həmçinin stomatitə bənzər ağız boşluğunda iltihabla müşahidə olunur. Xəstəxanaya müraciət edən valideynlərə Koksaki diaqnozu təsdiqlənib”, – deyə xəbərdə vurğulanıb.

Qeyd olunub ki, Vladimirdə uşaq bağçasındakı qrupa bir uşağın köçürülməsindən sonra 20-dən çox uşaq yoluxub. Krasnodar diyarında bir oğlan MMA yarışlarına səfərdən sonra yoluxub, digər məktəblilərdə də oxşar simptomlar müşahidə edilib. Moskvada ən azı üç hal məlumdur.

Bundan əvvəl Türkiyənin kurortlarından birində naməlum virusun sürətlə yayılması qeydə alınıb. Bunun Koksaki olduğu ehtimal edilir. Xəstələr yüksək hərarət, bədən ağrıları, iştahanın olmaması və mədə-bağırsaq pozğunluğundan şikayət ediblər. Uşaqlarda əl və ayaqlarda səpkilər əmələ gəlib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda da uşaqlar arasında oxşar əlamətli xəstəlik yayıldığı barədə xəbər vermişdik.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More