Taksi sürücüsünü döyən şəxsin idarə etdiyi AA seriyalı avtomobilin sahibi BƏLLİ OLDU

Nizami küçəsində yolu bağlayıb taksi sürücüsünü döyən 77-AA-019 dövlət qeydiyyat nişanlı avromobilin sahibi və avtomobili idarəetmə hüququ olan şəxsin kimliyi bəlli olub.

Ajans.az-ın məlumatına görə, avtomobili idarəetmə hüququ olan Abşeron sakini 1991-ci il təvəllüdlü Namiq Fərhad oğlu Mütəllimov “Mastel Holding” MMC nin sex rəisi vəzifəsində çalışır.

77-AA-019 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi isə “SSMOVİE” MMC-dir

Qeyd edək ki, “SSMOVİE” MMC-yə ötən il gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib edilib.

Bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddiası ilə irəli sürülüb.

Taksi sürücüsünü kimin döydüyü barədə hələlik dəqiq açıqlama yoxdur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More