Məşhur ABŞ-li bəstəkar vəfat edib

Məşhur ABŞ-li bəstəkar və prodüser Kuinsi Cons 91 yaşında vəfat edib.

Oxu.Az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu barədə musiqiçinin ailəsi məlumat verib.

Qeyd olunub ki, musiqiçi Los-Ancelesdəki evində dünyasını dəyişib.

Kuinsi Cons 1933-cü il martın 14-də Çikaqoda anadan olub. İlk musiqi təhsilini Bostondakı Şillinger Musiqi Evində alan musiqiçi bir müddət sonra təhsilini yarımçıq qoyaraq Nyu-Yorka köçüb.

Müxtəlif caz qrupları ilə əməkdaşlıq edən bəstəkar 1970-ci illərin sonunda Maykl Ceksonla əməkdaşlığa başlayıb.

O, M.Ceksona dünya şöhrəti gətirən “Off the Wall” albomunun prodüseri olub.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More