Naxçıvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Naxçıvan şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

“Report” xəbər verir ki, hadisə ötən gecə şəhərin Babək məhəlləsində qeydə alınıb.

Məlumata görə, Nurəddin Əli oğlu Əzimovun idarə etdiyi 67-BB-955 dövlət nömrə nişanlı “Ford” markalı avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Fatma Kazım qızı Həşimovanı vurub.

Xəsarət alan F.Həşimova Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More